Web Sayt şirkətlərin hansı işlərini asanlaşdırır?

Bildiyiniz kimi günümüzdə var olan şirkətlərin istərsə böyük bir holding olsun istərssədə balaca bir mağaza fərq etməz çoxnun bir web saytı var yəni internet səhifəsi var. Bəs web sayt nəyə gərəkdir? nə kimi xeyirləri var?

İlk öncə bilməyiniz lazımdı ki günümüzdə ən yaxşı axtarış vasitəsi internetdədir. Yəni bir insana hər hansısa bir məhsul və ya xidmət lazım olduqda onu evdən çıxmadan sadəcə mobil telefonla və ya komputerdə axtarış etməyə başlayır. Məsələn hər hansı bir insan “Bakıda Təmizlik Şirkəti” Kəlmələrindən istifadə edərək hər hansı bir axtarış sistemində (google,yahoo,yandex) axtarış edir. Qarşısına çıxan nəticələrdə hansısa təmizlik şirkətinin saytı olur və həmin insan həmin təmizlik şirkəti ilə işləməyə başlayır. Həmin insanın işlədiyi təmizlik şirkəti bəlkədə çox  kiçik bir şirkətdir amma web saytı olmayan bir çox böyük şirkətlərdən çox sifariş qəbul edir və çox müştəriyə sahibdir.

Tamam Web Saytın müştəri qazanmaqdan əlavə nə kimi xeyir var?

İki şirkət düşünün eyni keyfiyyət,eyni qiymət amma birinin rəsmi saytı var digərinin isə yox. Siz hansı ilə işləyərsiz?

Professional bir sayt açmaq üçün ən azı minimum 400-1200 azn arası büdcə lazımdır. Əyər bir şirkət bunu edirsə demək ki o şirkət öz işinə ciddi yanaşır və öz işinə prestij qatır.Bir çox məlumatlar olur ki onları Biznes karta(Vizitkaya) yerləşdirmək mümkün deyildir amma bütün xidmətləri şirkətin bütün məlumatlarını sayta yerləşdirməklə və həmin saytın ünvanın biznes kartda qeyd etməklə siz müştəriyə lazım olan bütün məlumatları vermiş olursunuz.

Bəs onda Mən bir web sayt açmadan sadəcə sosial şəbəkələrdə səhifələr açmaqla web saytın yerinə yetirəcək bütün funksiyaları sosial şəbəkələrdən əldə edə bilərəmmi?

Cavab Qəti olaraq XEYR!!!

İlk növdədə sosial şəbəkə hesablarınız oğurlana və ya hansısa hacker qrupu tərəfindən şifrəsi ələ keçirilmiş olar bilər hətta illərlə əziyyət çəkib çoxlu izləyici kütləsi yığıdığınız səhifənin mənbəyi olan sosial şəbəkə özü belə bağlana bilər. Facebook-da bağlana bilər,İnstagramda bağlana bilər və ya başqa hallarda sizin əziyyətiniz və büdcəniz boş boşuna məhv ola bilər.Amma web sayt sizin istəyiniz olmadan bağlana bilməz çünki web saytınız domeni yəni adı qeydiyyat olunarkən sizin adınıza qeyd olunur və sənədləşdirilir artıq həmin saytın bağlanıb bağlanmamaqın siz qərar verirsiniz.

Bundan əlavə web sayt sayəsində siz çox keyfiyyətli reklamlar nüməyiş etdirə bilərsiniz. Çox reklam agentliklər reklam veriləcək kəlimələrdə limit qoyulur və buna görə siz bütün xidmətlərinizi və ya informasiyanızı tam çatdıra bilmirsiniz. Saytınız olduqda isə artıq belə bir problem yaşamayacaqsınız

Sora?

Bundan əlavə olaraq saytda şirkətinizin statistikasına bxa bilər hansi müştərinin hansı xidmətə daha çox baxdığını hansı xidmətin heç sifariş olunmadıqını bir sözlə hər şeyi izləyə bilərsiz. Saytınızda canlı texniki dəstək funksiyasını aktiv eləməklə saytınıza daxil olan müştərilər ilə anında söhbətə başlaya və xidmətlərinizi təklif edə bilərsiniz.

Elektron poçt ünvanlarınızı daha güvənli və prestijni olması üçün öz saytınızda yara bilərsiniz. Bu minvalla web Saytın üstünlükləri saymaqla bitməz Əlavə suallarınız yaranarsa Bizim Şirkətin İT Şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.

012 596 70 75 055414 90 30 it@bakazservice.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir